Messidən qeyri-adi avtoqraf: Azarkeşin bədənini imzaladı
Ötən tur İspaniya La Liqasında "Valensiya" ilə qarşılaşma üçün bu komandanın təmsil etdiyi şəhərə yollanan "Barselona" klubunu hava limanında çoxsayılı futbolsevərlər qarşılayıb. SportLine.az xəbər verir ki, diqqətlər yenə Lionel Messinin üzərində olub.
Onun fanatları şəkil çəkdirməyə və avtoqraf almağa can atıblar.
Messinin şəklini bədəninə döymə etdirən bir fanat isə futbolçudan elə bədənini imzalamasını xahiş edib. Leo buna "yox" deməyib.