Messinin atasını həbs gözləyir
“Barselona”nın forvardı Lionel Messi və atasının vergi pozuntusu ilə əlaqədar məhkəmə prosesi davam edir. SportLine.az İspaniya mətbuatına istinadən xəbər verir ki, prokurur Rakel Amado növbəti iclasda Messinin haqlı çıxarılmasını təklif edib. Futbolçunun atası Xorxe Messi üçün isə o, il yarım həbs cəzası istəyib. Prokurorun fikrincə, Messinin özünün vergidən yayınmadan xəbərdar olduğunu sübut etmək mükün deyil.