Messinin məhsuldarlığı davam edir

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messinin bu mövsüm ki çıxışı göz qamaşdırır.

Sportline.az xəbər verir ki, Messi statistika baxımından hal hazırda ən yaxşı mövsümlərindən birini keçirməyə davam edir.

Messi bu mövsüm çıxış etdiyi 24 matçda 25 qol və 14 asistlə yadda qalıb.

Eyni zamanda, “İnter Mayami” ilə 74 xal toplayaraq MLS mövsümündə ən çox xal toplayan komanda rekordunu qırıb.

Qeyd edəki, L.Messi “İnter Mayami” klubu ilə müqaviləsi 2025-ci ilin dekabrnda başa çatır.