Messinin nəticəsi təkrarlandı

"Barselona" İspaniya La Liqasının 10-cu turunda "Sevilya"ya 5-1 hesabı ilə qalib gəlib.

Sportline.az xəbər verir ki, bu oyunda komandanın əsas qol silahı Robert Levandovski dubl müəllifi olub.

Polşalı hücumçu bununla ilk 10 turda aktivinə 12-ci qolu yazdırıb.

Opta portalının yaydığı məlumata görə, Lavandovski bu nəticə ilə Messinin 2019/20 mövsümündəki göstəricisini təkrarlayıb.

Bu oyunda məhsuldar ötürmə ilə yadda qalan Lamin Yamal da, ilk 10 turda 6-cı asistini rəsmiləşdirib.

Qeyd edək ki, son dəfə bu nəticəyə (6+asist) 2014/15 mövsümündə Messi imza atmışdı.