Mesut Özil: “Məqsədim istedadlı futbolçu yetiştirməkdir”

"Qarabağ" klubunun düşərgəsində qonaq olan Almaniya yığmasının türkəsilli sabiq futbolçusu Məsut Özil mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, Bakıda səfərdə olan sabiq futbolçu Mesut Özil mətbuat konfransında bu fikirləri söyləyib;

"Bu sahədə də uğur qazana biləcəyimi düşünürəm. Təcrübəmi yeni nəsillə bölüşmək niyyətimdəyəm. Əhalisi az olan ölkələrdən ulduz futbolçular çıxır. Niyə bizdə də olmasın? Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçu yetiştirməkdir", - deyə Mesut Özil bildirib.

Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.