Meyno "Mançester Yunayted"də qalacaq

"Mançester Yunayted"in gənc futbolçusu Kobi Meyno klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

20 yaşlı oyunçu ən azı 2031-ci ilin yayına qədər "qırmızı şeytanlar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, K.Meyno "Mançester Yunayted"in öz yetirməsidir.