Meyno "Old Trafford"da qalacaq
"Mançester Yunayted" gənc futbolçusu Kobi Meyno ilə yola davam edəcək.
Sportline.az xəbər verir ki, "mankunyanlar" 20 yaşlı oyunçuya 2031-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə təklif ediblər.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, K.Meyno bu təklifə müsbət cavab verəcəyi gözlənilir.