Meyno qalacaq
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobi Meyno klubla yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Samuel Lukhurts məlumat yayıb.
21 yaşlı futbolçunun klubla hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, K.Meyno cari mövsüm meydana çıxdığı 25 matçda 3 asistlə yadda qalıb.