Meza Kolli "Neftçi"də

“Neftçi” növbəti transferi gerçəkləşdirib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paraqvaylı yarımmüdafiəçi David Derlis Meza Kolli ilə müqavilə bağlanıb. 28 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 ildir. Meza Kolli "Neftçi”də 10 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Derlis daha əvvəl ölkəmizdə “İnter” və “Qəbələ”də də çıxış edib. 

Əlavə edək ki, bu yay transfer pəncərəsi dövründə "ağ-qaralar" Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli, Elnur Cəfərov və Mateo Mujeki də heyətinə cəlb edib.