"Middlsbro"dan "Mançester Yunayted"ə doğru
"Middlsbro"nun 23 yaşlı yarımmüdafiəçisi Hayden Hakney "Mançester Yunayted"in maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Alan Nikson məlumat yayıb.
İngiltərə U-21 millisinin üzvünün dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 34 matçda 5 qol, 6 asistlə yadda qalıb.