Migel və Dani komandaya qoşuldu
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlığını davam etdirir. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın dördüncü gününə komanda fitnes zalında start verib.
Günün ikinci məşqi isə Bakı vaxtı ilə 21:00-da baş tutub. Meydançada keçirilən hazırlıqda daha çox fiziki və toplu çalışmalara üstünlük verilib.
Dünən toplanışa qoşulan Azərbaycan seçməsinin üzvləri isə fərdi məşqlə kifayətləniblər. Migel Madera və Dani Kintana isə artıq komandayla məşqlərə başlayıb.