Mikautadzenin yeni klubu bəlli olub

İspaniyanın "Vilyarreal" komandası hücum xəttinə yeni futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, “sarı sualtı qayıq” Fransanın “Lion” klubundan Jorj Mikautadzeni heyətinə qatıb.

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

“Vilyarreal” bu keçid üçün “Lion”a 31 milyon avro əsas, 5 milyon avro isə bonus olmaqla ümumilikdə 36 milyon avro təzminat ödəyəcək.

24 yaşlı hücumçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.