Miki van de Ven "Tottenhem"dən ayrılmaq istəyir
"Tottenhem"in mərkəz müdafiəçisi Miki van de Ven yayda komandasını dəyişmək istəyir.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, sözügedən stopperlə "Real Madrid" yaxından maraqlanır.
Niderland millisinin üzvünün transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, M.van de Ven cari mövsüm meydana çıxdığı 23 matçda 6 qolla yadda qalıb.