Milad Beigi Hərçəqani Çindən bürünc medalla dönür

Dünya Taekvondo Federasiyasıın Çində təşkil etdiyi "Grand Slam” seriyaları başa çatıb.

SportLine.az xəbər verir ki, olimpiya çəki dərəcələrində keçirilən son turnirdə Azərbaycan millisinin iki üzvü mübarizə aparıb. 80 kq-dan yuxarı çəki dərəcəsində turnirə qatılan Radik İsayev ilk döyüşündə məğlub olsa da, komanda yoldaşı Milad Beigi Hərçəqani (80 kq) yarımfinala kimi irəliləməyi bacarıb. Dünya və Avropa çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi rəqibləri britaniyalı Damon Sansuma, çinli Jiannan Huanga qalib gəlsə də, Cənubi Koreya təmsilçisi Huan Namqonqa məğlub olub. Bürünc medal uğrunda görüşdə isə o, Çin taekvondoçusu Linglong Çenə şans verməyərək yarışı üçüncü pillədə başa vurub.