"Milan" belçikalı müdafiəçini transfer edir
"Milan" Koni De Vinterin transferi üçün razılığa gəldi – 20 milyon avroluq razılaşma tamamlanmaq üzrədir.
Sportline.az xəbər verir ki, İtaliya nəhəngi "Milan" Belçikalı müdafiəçi Koni De Vinterin transferi üçün həm futbolçu, həm də "Cenoa" klubu ilə şifahi razılığa gəlib.
İnsayder Fabritsio Romano məlumatına görə, transfer paketinin dəyəri təxminən 20 milyon avro təşkil edir və hazırda son detallarla bağlı işlər aparılır.