"Milan" danimarkalı futbolçunu heyətinə qatmaq istəyir
"Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "Milan"ın rəhbərliyi Höylundun meneceri ilə bu həftə görüşəcək.
22 yaşlı futbolçu "Mançester Yunayted"dən ayrılmaq niyyətindədi. Oyunçu klubda xoşbəxt olmadığını söyləyib.
Qeyd edək ki, Höylund geri qalan mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 10 qol 2 asistlə yadda qalıb.