"Milan" "Jirona" ilə danışıqlara başlayıb

"Milan" yeni sağ cinah müdafiəçisi axtarışına çıxıb.

Sportline.az jurnalist Nikola Şikiranın məlumatına istinadən xəbər verir ki, İtaliya klubu Arnau Martinez üçün "Jirona" ilə danışıqlara başlayıb.

İspaniya klubu futbolçusu üçün 10-14 milyon avro aralığında məbləğ tələb edir.

Qeyd edək ki, A.Martinezin "Jirona" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.