"Milan" "Karpi"ni məğlub etdi
İtaliya kubokunda 1/4 finalın bir oyunu keçirilib. SportLine.az xəbər verir ki, çempionatda işləri qaydasında getməyən "Milan" kubokda azarkeşlərini sevindirib. "Karpi"ni qəbul edən Sinişa Mihayloviçin yetirmələri qələbəni təmin ediblər.
13 yanvar 2016
İtaliya kuboku, 1/4 final
"Milan" - "Karpi" - 2:1
QOLLAR: Bakka, 14 (1:0); Niyanq, 28 (2:0); Matteo Mankosu, 50 (2:1)