"Milan" "Liverpul"dan futbolçu alır

"Milan"ın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un ingiltərəli stopperi Co Qomez "Milan"ın maraq dairəsinə düşüb.

28 yaşlı oyunçunun dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avrodur.

Qeyd edək ki, Co Qomez cari mövsüm 3 rəsmi matçda iştirak edib.