“Milan” – “Napoli”: Düşərgələrdəki son durum

Bu gün İtaliya A Seriyasında 10-cu tura start verilir.

Sportline.az xəbər verir ki, gecənin ən maraqlı matçı “San Siro” stadionunda keçiriləcək. “Milan” “Napoli” ilə qarşılaşacaq.

Heyətlərə nəzər saldığda rossonerilərdə əsas itki Alessandro Florenzi, Mateo Qabbiya, İsmayil Bennaser, Luka Yoviç və Temmi Abrahamın adı ilə bağlıdır. Sözü gedən futbolçular zədədən əziyət çəkir. Teo Hernandez isə “Fiorentina” ilə matçda aldığı qırmızı vərəqə səbəbindən matçda iştirak etməyəcək.

“Napoli”də isə əsas itki Leanardo Spinatzola və Stanislav Lobotkanın olmamasıdır.

Qeyd edək ki, 23:45-də başlayacaq görüşü Andrea Kolombo idarə edəcək.