"Milan" niderlandlı futbolçusu ilə yollarını ayıra bilər

"Milan"ın niderlandlı futbolçusu Ticani Reynders karyerasını "Mançester Siti"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

İngiltərə klubu Reynders üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.