"Milan" onu komandada saxlayır

“Milan” fubolçusu Frenk Kesse ilə müqaviləsini yeniləmək niyyətindədir.

Sportline.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, İtaliya klubu 23 yaşlı yarımmüdafiəçinin çıxışından razıdır. Ona görə də müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlanılıb.

Fildişi Sahili millisizin üzvü ilə hazırkı sözləşməsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Kesse bu mövsüm ümumilikdə 15 matça çıxaraq, 3 qol vurub və 2 qolun ötürməsini verib.