"Milan" portuqaliyalı futbolçu üçün hərəkətə keçib

"Mançester Siti"nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva gələn ilin yayında komandasını dəyişəcək.

Sportline.az "Calcio mercato"ya istinadən xəbər verir ki, "Milan" 31 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

B.Silvanın transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçunun "Mançester Siti" ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.