“Milan” Ramosun xidmətində maraqlıdır
Yanvar ayında Meksikanın “Monterrey” klubundan azad agent kimi ayrılacaq ispaniyalı stopper Serxio Ramos karyerasını “Milan”da davam etdirə bilər.
Sportline.az “Calciomercato”ya istinadən xəbər verir ki, “rossonerilər” 39 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Ramosun isə əfsanəsi olduğu “Real Madrid”ə qayıtmağı planlaşdırır.
Qeyd edək ki, İspaniya millisinin sabiq futbolçusu 2005-2021-ci illər ərzində “los blankos”da çıxış edib.