“Milan” “Vest Hem”lə razılıq əldə edib
Bu mövsüm İtaliya A Seriyasında çempionluğu hədəfləyən “Milan” yanvar ayında yeni forvard transfer edəcək.
Sportline.az xəbər verir ki, “rossonerilər” “Vest Hem Yunayted”in hücumçusu Niklas Füllkruqu heyətinə cəlb edəcək.
Bu haqda insayder Fabrizio Romano öz “X” hesabında paylaşım edib.
Qeyd edək ki, N.Füllkruq cari mövsüm 9 rəsmi matçda iştirak edib və məhsuldarlıq göstəricisi yoxdur.