"Milan"da ayrılıq gözlənilir

"Milan" portuqaliyalı baş məşqçisi Serxio Konseysao ilə bağlı qərar verib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Milan"ın rəhbərliyi Konseysao ilə mövsümün sonunda yollarını ayıracaq.

50 yaşlı mütəxəsisin İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Konseysao "Milan"ı ötən ilin dekabrından çalışdırır.