"Milan"da ayrılıq gözlənilir
"Milan" klubun baş məşqçisi Serjiu Konseysao ilə yolların ayrılması gözlənilir.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, komanda İtaliya Kubokunu qazansa belə, rəhbərlik məşqçini istefaya göndərəcək.
Hazırda Milan A Seriyasında 34 turdan sonra 54 xalla 9-cu yerdə qərarlaşıb.