"Milan"da ciddi itki
"Milan"ın futbolçusu Rafael Leau zədələnib.
Sportline.az "Football İtalia"ya istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Portuqaliya millisinin düşərgəsində sıradan çıxıb. Onun ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, R.Leau bu mövsüm 10 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.