"Milan"da yeni hücumçu

“Milan” hücumçu mövqeyi üçün apardığı axtarışlarda sona yaxınlaşıb.

Sportline.az xəbər verir ki, İtaliya nəhəngi alman forvard Niklas Füllkruqun satınalma variantı ilə icarə əsasında transferi üçün “Vest Hem” ilə razılığa gəlib.

"Sky Sport"un yaydığı məlumata görə, “Milan” 32 yaşlı hücumçunun satınalma opsiyonlu icarə transferi ilə bağlı “Vest Hem” ilə anlaşma əldə edib.

Tərəflər arasında razılaşmanın qısa müddətdə rəsmiləşdirilməsi gözlənilir.