"Milan"da yeni müqavilə

“Milan” futbolçusu Simon Ker ilə müqaviləsini yeniləmək niyyətindədir.

Sportline.az “Tuttosport”a istinadən xəbər verir ki, klub rəhbərliyi 31 yaşlı müdafiəçinin çıxışından razıdır. Buna görə də “Milan” danimarkalı oyunçunun sözləşməsini 1 illik uzatmaq istəyir.

Onun klubla hazırkı müqaviləsinin müdəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Ker bu mövsüm “Milan”ın heyətində 13 matça çıxıb.