"Milan"da yeni müqavilə
“Milan” futbolçusu Frenk Kesse ilə yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirir.
Sportline.az “Tuttosport”a istinadən xəbər verir ki, A Seriya təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə danışıqlarda irəliləyiş əldə edib. Tərəflər razılaşacaqları təqdirdə müqavilə 2024-cü ilədək uzadılacaq. Hazırkı sözləşmənin müddəti isə 2021-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Kesse bu mövsüm 18 matçda 4 qol vurub və 3 qolun ötürməsini verib.