"Milan"da yeni müqavilə

"Milan" futbolçusu Davide Kalabriya ilə müqaviləni uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci lin yayına qədərdir.

Qeyd edək ki, "Milan"ın yetirməsi olan italyan futbolçu 2015-ci ildən əsas komandada çıxış edir.