"Milan"dan ayrılması gündəmdədir

"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını yenidən ölkəsində davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Aston Villa" zədəli Boubakar Kamaranın yerinə, Loftus Çiki heyətə qatmaq niyyətindədir.

Bu haqda "Tele Football" nəşri məlumat yayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçunun transfer qiyməti 10 milyon avrodur.