"Milan"ın baş məşqçisi koronavirusa yoluxdu
"Milan"ın baş məşqçisi Stefano Pioli koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 55 yaşlı mütəxəssisin test nəticəsi müsbət olub. Piolidə xəstəliyin simptomları aşkarlanmayıb.
Onun köməkçilərində və futbolçularda testin nəticəsi mənfi olub. Komandanın isə həmin günə olan məşqi ləğv edilib. Futbolçular bazar ertəsi bir araya gələcəklər.