"Milan"ın sabiq futbolçusu rep oxudu

"Milan"ın sabiq futbolçusu Kevin Prins Boatenq yenidən gündəmə gəlib. SportLine.az xəbər verir ki, bu dəfə qanalı rep oxuyub. 

"King” adlı mahnı "YouTube" platformasında təqdim olunub.

Qeyd edək ki, 2010 - 2014-cü illərdə Qana millisinin formasını geyinmiş forvard karyerası ərzində Almaniyanın "Herta”, "Şalke”, "Borussiya” (Dortmund), "Ayntraxt”, İngiltərənin "Tottenhem”, "Portsmut” və İspaniyanın "Las Palmas” komandalarında da çıxış edib.