“Milan”ın ulduzu İngiltərə nəhənginə keçə bilər
“Milan”ın niderlandlı futbolçusu Ticcani Reynders karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az “Calciomercato”ya istinadən xəbər verir ki, “Mançester Siti” Reynders üçün “Milan”a 50 milyon avro ödəməyə hazırdır.
Reyndersin İtaliya klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 45 matçda 13 qol və 4 asistlə yadda qalıb.