"Milan"ın yeni baş məşqçisi müəyyənləşdi

"Milan" klubu yeni baş məşqçisinin adını açıqlayıb. SportLine.az xəbər verir ki, "qırmızı-qaralar" Vinçentso Montella ilə müqavilə imzalayıb. 42 yaşlı mütəxəssislə iki il müddətinə razılığa gəlinib. 

Qeyd edək ki, Montella bunadək "Roma", "Kataniya", "Fiorentina" və "Sampdoriya" klublarında da çalışıb.