"Milan"nın yeni hədəfi
"Milan" "Vulverhempton"un əlcəzayirli futbolçus Ait Nurini transfer etmək niyyətindədir.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Ait Nuri "Vulverhempton"dan ayrılmaq istəyir.
23 yaşlı futbolçu "Milan"dan gələn təklifə müsbət cavab verib.
Qeyd edək ki, Ait Nuri cari mövsüm çıxış etdiyi 29 matçda 4 qol və 5 asistlə yadda qalıb.