Milimizin üzvünə daha bir şans verilib
Millimizin forvardı Dəniz Yılmaz yeni açıqlamalarla gündəmə gəlib. Sportline.az xəbər verir ki, "Bursaspor"un baş məşqçisi Paul Le Quen tərəfindən yenidən heyətə qaytarılan futbolçu mətbuat konfransı keçirib. Avstriya toplanışının ilk günündə baş məşqçi ilə birlikdə jurnalistlərin suallarını cavablandıran futbolçumuz baş verənlərin keçmişdə qaldığını bildirib: "Keçmişdə ilişib qalmağın heç kimə fayda verməyəcəyini düşündüm. Bu forma üçün savaşmaq istədim və baş məşqçi də mənə şans verdi. Hər kəs kimi mənim də səhvlərim oldu. Mənə qarşı səhvlər də edildi. Önəmli olan bir-birimizi anlamaqdı. Mən azarkeşləri başa düşürəm. "Bursaspor"a xeyir vermək istədiyimi, onların da anlamasını və yaşanan pis hadisələrdən sonra mənə qarşı anlayış göstərmələrini gözləyirəm. Baş məşqçimə və komanda yoldaşlarıma mənim yenidən onlarla birlikdə olmağımı istədikləri üçün təşəkkür edirəm. Bu dönüş hekayəsinin qapısını onlar açdılar və bu qapıdan girdiyim andan etibarən tək düşüncəm azarkeşlərimizi xoşbəxt edəcək nəticələr qazanmaq, qısa ayrılıqdan sonra onların ürəyinə yenidən yol tapmaqdır".