Milli "Avro-2016"nın iştirakçısına rəqib seçilib
Avro 2016-nın iştirakçılarından olan Ukrayna milli futbol komandamızla qarşılaşmaq istəyini açıqlayıb. Çempionata hazırlıq çərçivəsində Rumıniya, Albaniya və Moldova ilə görüşməli ukraynalılar planlarında dəyişiklik etməyə hazırlaşırlar. Moldova seçməsi ilə yoxlama oyununun maddi məsələlərlə bağlı sual altına düşməsi, millimizlı qarşılaşmanı gündəmə gətirib. Danışıqlar uğurla nəticələnsə, Azərbaycan və Ukrayna milliləri may ayında üz-üzə gələ bilər.