Milli Avropa çempionatının yarımfinalında
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ikinci oyununa çıxıb.
Sportline.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Litva seçməsi ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində keçirilən görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolu Kamran Qürbətov vurub.
Beləliklə, qrupda ikinci yeri tutan millimiz yarımfinala vəsiqə qazanıb.
Sentyabrın 13-də keçiriləcək yarımfinal görüşündə komandamız Rumıniya ilə qarşılaşacaq.