Milli Gimnastika Arenasında təsirli anlar: Himnimiz yarıda dayandırlıdı və ...

Milli Gimnastika Arenasında yeniyetmələr arasında 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri yekunlaşıb.

Sportline.az xəbər verir ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa ilə hərəkətlərdə qızıl medal qazanıb. Mükafatlandırmadan sonra maraqlı anlar yaşanıb.

Beynəlxalq yarışın reqalmentinə uyğun olaraq bütün himnlər kimi Azərbaycan Respublikasının himni də yarıda dayandırılıb. Amma buna baxmayaraq həm iştirakçılar, həm də azarkeşlər birlikdə himnimizi sonadək oxuyublar.