Milli İngiltərə seçməsinə qarşı

21 yaşadək futbolçulardan ibarət millimiz  Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq. 

Sportline.az xəbər verir ki, milli qrupda 10-cu matçını səfərdə İngiltərə seçməsinə qarşı keçirəcək.

Bakı vaxtı ilə saat 22:30-da başlanacaq qarşılaşmanı xorvatiyalı İvana Martinçiç idarə edəcək.

Komandaların bu ilin mart ayında Bakıda keçirilən oyununda İngiltərə 5:1 hesabı ilə qalib gəlmişdi.

15 oktyabr

22:30. İngiltərə U-21 - Azərbaycan U-21

Baş hakim: Ivana Martinçiç (Xorvatiya)

Bristol. "Aşton Qeyt" stadionu