Milli komandanın mükafatı müəyyənləşdi

Futzal üzrə milli komandamız 2020-ci il dünya çempionatının əsas seçmə mərhələsini uğurla başa vurub.

Sportline.az xəbər verir ki, ilk iki oyunda Moldova və Monteneqroya qalib gələn futzalçılarımız, son turda Slovakiyanı da məğlub edərək (2:0) elit-raunda vəsiqə qazanıblar.

Federasiyanın bu uğura görə, komanda üzvlərinə 25000 manat mükafat verəcəyi bildirilir.