Milli üzvləri “Avropa Liqası muzeyi”ni ziyarət etdilər
Qadınlardan ibarət milli komandanın üzvləri, eləcə də U-13 qızlar liqasının iştirakçıları “Avropa Liqası muzeyi”ni ziyarət ediblər. SportLine.az AFFA-nın saytına istinadən xəbər veirr ki, qadın futbolçularımız muzeydə Avropa Liqası tarixini özündə əks etdirən eksponatlarla tanış olublar, eləcə də xatirə şəkilləri çəkdiriblər.
Muzey mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılıb. Dekabrın 22-dən fəaliyyət göstərən muzey bu gün son dəfə saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq.
Qeyd edək ki, “Avropa Liqası muzeyi”nə giriş ödənişsizdir.