Milli üzvü cəzalı duruma düşdü

Fevralın 15-də Yüksək Liqada XVIII turun oyunları keçiriləcək.

SportLine.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, EKOL “Yasamal” İSK ilə matça tam heyətlə çıxa bilməyəcək.

Qış fasiləsində bu komandaya transfer olunan Ramiz Çovdarov “Xəzər Cənub”la oyunda sarı vərəqə aldığına görə cəzalı duruma düşüb. Belə ki, millinin də üzvü olan futzalçının passivində buna qədər 3 sarı var idi. O, “Araz”da çıxış edən zaman 3 sarı vərəqəni passivinə yazdırmışdı.