Millimiz Belarusla qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu ay iki yoldaşlıq oyunu keçirəcək. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz Belarusun müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gələcək.

Qarşılaşmalar iyunun 8-də və 10-da baş tutacaq. Bakı Olimpiya Stadionunun əsas meydanında təşkil olunacaq hər iki oyun saat 19:00-da başlayacaq.

Banner