Azərbaycan - Bosniya-Herseqovina matçında sükut
Sloveniyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.
SportLine.az xəbər verir ki, seçməmiz Bosniya-Herseqovina ilə üz-üzə gəlib. Matçda hesab açılmayıb.
Qeyd edək ki, Yaşar Vahabzadənin komandası bundan əvvəlki iki görüşdə Sloveniyadan olan yaşıdları ilə qarşılaşıb. Birinci oyunda 1:4 hesabı ilə uduzan millimiz ikinci matçda 2:1 hesabı ilə qalib gəlib.
03 iyun 2016
Yoldaşlıq görüşü
Azərbaycan (U-21) – Bosniya və Herseqovina (U-21) - 0:0