Millimiz Maltaya məğlub oldu

UEFA İnkişaf  Turnirində iştirak edən 18 yaşadək qızlardan ibarət Azərbaycan seçməsi ilk oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Malta futbolçuları olub.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1.

İlk turun digər matçında Finlandiya Estoniyadan güclü olub – 6:0.

Qeyd edək ki, millimiz turnirdəki növbəti matçını meydan sahiblərinə qarşı keçirəcək.

Banner