Millimiz Sloveniyaya qalib gəldi

Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün yoldaşlıq oyunu keçirib. SportLine.az xəbər verir ki, seçməmiz Sloveniyanın U-21 komandası ilə qarşılaşıb.

Oyun Mahir Mədətov və Elşən Abdullayevin vurduğu qollar sayəsində  2:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

31 may 2016
Yoxlama oyunu


Azərbaycan (U-21) - Sloveniya (U-21) - 2:1 
Qollar:
 Mahir Mədətov, 11 (1:0), Leo Stulaç, 23 (1:1), Elşən Abdullayev, 45 (2:1) 

Banner